Ölkə futbolu
Prosineçki: "Bu, bəzi işləri asanlaşdıracaq"
Milli komandamızın baş məşqçisi Robert Prosineçki M…
Milli komandamızın baş məşqçisi Robert Prosineçki Madrid “Real”ındakı yeni təyinatdan danışıb. Futbolinfo.az xəbər verir ki, məşhur goal.com saytına danışan xorvatiyalı mütəxəssis baş məşqçi postunda Rafael Benitesin yerinə gələn Zinəddin Zidanın keçidinə münasibət bildirib. Real"ın sabiq futbolçusu yeni çalışdırıcı ilə bağlı bu söləri deyib :
– Düzünü desəm, bu səhər dəyişiklik haqqda xəbərdar olmuşam. Mənə elə gəlir ki, son turdakı “Valensiya”ya qarşı bərabərlik (2:2) bu dəyişikliyə səbəb olub. Lakin Rafael Benites ətrafında təyziq neçə həftələrdi ki, var idi. “Real” dəyişiklik etmək məcburiyyətindəydi. İndi onların məşqiçi postunda öz dövrünün ən yaxşı futbolçusu olmuş bir şəxsdi.
– Zidan “Real”ın nəticələrinə dəyişiklik gətirə biləcək yeniliklər edə bilərmi?
– O, “Real”a pozitiv dəyişikliklər gətirəcək. “Barselona” hələdə La liqanı qazanmağa əsas namizəddi və Zidan bunun qarşısını almağa çalışacaq. Zidan “Real”ın digər komandasına da məşqiçilik edib. O, klubunun əsgəridir və Benitesdən fərqli olaraq, futbolçular və azarkeşlərlə heç bir problem yaşamayacaq. Bu, bəzi işləri asanlaşdıracaq.
– Luka Modriç və Mateo Kovaçiç yeni məşqiçinin başçılığı altında hansı rolları əldə edə bilərlər?
– Çox çətin sualdır. Sözsüz ki, Zidan hücum oyunu haqqda düşünəcək. Bu onun qanında var. Mən Madriddə bir neçə il oynamışam və “Santiaqo Bernabeu”nun izdihamını hiss etmişəm. Lakin klub özü qələbə və cəlb etmə axtarışındadır. Modriç və Kovaçiç, əlbəttə, öz oyunlarını Zidanın məşqiçiliyi altında tapacaqlar. Bunda heç bir problem ola bilməz.