Ölkə futbolu
"Qəbələ" məhkəməni uduzdu
Bir müddət öncə ispaniyalı məşqçi Luis Araqonun …
Bir müddət öncə ispaniyalı məşqçi Luis Araqonun “Qəbələ”dən FİFA-ya şikayət göndərməsi ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Futbolinfo.az xəbər verir ki, sözügedən qurum çalışdırıcının xeyrinə qərar qəbul edib.
Bu barədə Araqon "Qafqazinfo"ya açıqlamasında məlumat verib: “FİFA-ya şikayət etdim və məhkəmədə qalib gəldim. Proses dekabr ayında yekunlaşıb. FİFA onlara xəbərdarlıq edib və pulların ödənilməsini tələb edib. “Qəbələ” böyük klubdur. Amma orada pis insanlar var. Onlar vəziyyəti bu yerə gətiriblər”.
Qeyd edək ki, Araqon “Qəbələ”nin əvəzedici komandasında işlədiyi müddətdə 8 aylıq maaşını ala bilmədiyi üçün FİFA-ya üz tutmuşdu.