Ölkə futbolu
Samir Əliyev qayıtdı
Samir Əliyevin işsiz günləri çox çəkməyib. Fut…
Samir Əliyevin işsiz günləri çox çəkməyib. Futbolinfo.az xəbər verir ki, gənc çalışdırıcı köhnə-yeni komandası “Neftçi”yə qayıdıb.
Əldə etdiyimiz məlumata görə, 36 yaşlı çalışdırıcı bundan sonra “ağ-qaralar”ın baş məşqçisi Əsgər Abdullayevin köməkçisi funksiyasını icra edəcək. Xəbəri klubun mətbuat katibi Mehman Rəsulov da təsdiqləyib. O, ən yaxın zamanda Əliyevlə münasibətlərin rəsmiləşdiriləcəyini bildirib.
Qeyd edək ki, Samir Əliyev cari mövsümün əvvəlində bakılıları baş məşqçi kimi 12 matça çıxarıb. Komanda onun rəhbərliyi altında 15 xal toplayıb.