Ölkə futbolu
Vüqar Nadirovun "17" məhəbbəti
Bir neçə gün öncə "Qəbələ"dən ayrıla…
Bir neçə gün öncə "Qəbələ"dən ayrılaraq, "İnter"ə keçən Vüqar Nadirov yeni klubunda ilk seçimini edib. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin paytaxt təmsilçisində geyəcəyi forma müəyyənləşib.
Klubdan əldə etdiyimiz məlumata görə, Nadirov burada "17" nömrəli futbolka ilə çıxış edəcək.
Qeyd edək ki, Vüqar sabiq klubu "Qarabağ" və "Qəbələ"də, həmçinin millimizdə də "17" nömrəli forma altında çıxış edib.