Milli komanda
“Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı”
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, seçməmiz Bolqarıstanın müvafiq yaş qrupuna aid komandasını 2:0 hesabı ilə məğlub edib.
Peterburqski İdman-Konsert Kompleksindəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən bolqarların baş məşqçisi Viktorio Pavlov məğlubiyyəti belə şərh edib:
“Ümumi götürsək, bərabər oyun oldu. Məncə, birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…