Dünya futbolu
"Fənərbaxça" hücumçusunu icarəyə verdi
“Fənərbaxça” Emmanuel Emenikenin transferi barəs…
“Fənərbaxça” Emmanuel Emenikenin transferi barəsində “Vest Hem”lə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu mövsümün sonuna kimi icarə əsasında Londan təmsilçisində oynayacaq.
İngiltərə mətbuatının yazdığına görə, daha öncə ”Al Ain” kubunda icarə əsasında çıxış edən forvard yeni klubu ilə müqavilə danışıqlarında artıq razılığa gəlib.
Qeyd edək ki, Nigeriya millisinin üzvü 2013-cü ilin yayında Moskva "Spartak"ından Türkiyə klubuna keçmişdi. Qol epizodlarını lazımınca dəyərləndirə bilməyən hücumçu azarkeşlərin böyük etirazına səbəb olmuşdu. Bu səbəbdən də "sarı-lacivərdlilər" onu icarəyə göndərdi.