Ölkə futbolu
"Xəzər Lənkəran"dan ayrılıb, MOİK-ə keçdi
Uzun müddətdi zədəli olan Orxan Əliyev “Xəzər Lənkə…
Uzun müddətdi zədəli olan Orxan Əliyev “Xəzər Lənkəran”ı tərk edib. Futbolinfo.az xəbər verir ki, müqaviləsi başa çatan hücumçu hərbi xidmətə yola düşüb.
O, hərbi xidmətə olan əksər futbolçular kimi qulluğunu MOİK-də keçəcək.
Bu barədə ordu klubunun baş məşqçisi Müşviq Qəmbərov saytımıza açıqlama verib: "Orxan hazırda komandamızın düşərgəsindədi. O, hərbi xidməti ilə əlaqədar sıralarımıza cəlb olunub. Əliyev artıq zədəsini sağaldıb, amma hələ də formada deyil. O, komanda ilə birlikdə məşqləri davam etdirir”.
Qeyd edək ki, 20 yaşlı oyunçu 2014-cü ildən “Xəzər Lənkəran”na məxsus idi. Futbolçu bir müddət icarə əsasında “Sumqayıt”da da çıxış edib.