Bizi izləyin

Müsahibə

"Muntyanunun başlarına rumınlarla açdığı oyun "Qəbələ"yə dərs olmadı"

Qış fasiləsi başa çatdı. Mövsümün bu d&ouml…

blank
Qış fasiləsi başa çatdı. Mövsümün bu dövründə adətən klublar transfer bazarında o qədər də aktiv olmur. Devalvasiya isə ölkə klublarına elə bir zərbə vurdu ki, onsuz da kasad olan bazar bir da zəiflədi. Üstəlik Topaz Premyer Liqasının iştirakçılarının yarısı ümumiyyətlə, ölkə xaricinə üz tutmadı. Qabartdığımız məsələlər ətrafında FİFA meneceri Erkin İbrahimovla fikir mübadiəsi apardıq:
– İlk olaraq, “Qarabağ” barədə fikirlərinizi bilmək istəyərdik…
– Qış fasiləsində ölkə çempionu bir neçə oyunçusuyla yollarını ayırdı. Yeni gələnlərdən isə Rahid Əmirquliyevlə Muarem Muarem diqqət çəkir. “Qarabağ” avrokubok yükündən azad olub. İndi Qurban Qurbanova bu qədər oyunçu lazım deyil. Elə bu üzdən də bir neçə futbolçuyla yolları ayıran mütəxəssis bəzilərini icarəyə göndərdi. Bəzən oyunçu transfer etməmək, yeniləri cəlb etməkdən daha yaxşıdı. O mənada ki, heyətdə qalan oyunçular daha çox praktika qazanacaqlar və belədə, bir-birlərini daha rahat anlayacaqlar. Qışda yola salınan Pupon, yollarını hələ də davam etdirdikləri Əl Hərbi ölkə çempionunun oyun üslubuna qətiyyən uyğun gəlmirlər. Bildiyimə görə Əl Hərbini də qışda yola salmaq istəyiblər. Sadəcə, yarımmüdafiəçi üzünə salıb, müqaviləsinin sonunadək qalmaq istədiyini bildirib. Ümumiyyətlə, “Qarabağ”ın builki transferlərinin heç birini uğurlu adlandırmaq olmaz. Elə bu səbəbdən də Qurban Qurbanov əvvəllər “yüz ölçüb, bir biçirdisə, indi min ölçüb, bir biçir”. Muarem barədə də fikir bildirmək istərdim. Hesab edirəm ki, komanda futbolçuyla vidalaşıbsa, onu geri qaytarması düzgün deyil. Muarem komandanı ən lazım olduğu vaxtda qoyub getmişdi. Deyirlər ki, indi daha az məvacibə gəlib. İstəyir lap “Qarabağ” Muaremə yox, o, kluba maaş versin, belə bir vəziyyətdə Ağdam təmsilçisini tərk edib getmişdisə, Qurbanov onu götürməməli idi. 
– “Qəbələ”nin transferləri barədə fikirləriniz də maraqlı olardı…
– Bu haqda uzun-uzadı danışmaq olar. Roman Qriqorçuk sovet futbolu təfəkkürünü yeridir. O, hesab edir ki, bütün məsələləri özü həll etməlidi. O dövr 90-larda qaldı. İndi Valeri Lobanovski üslubunda iş keçmir. Klubun seleksiyaçıları olmalıdı. Yoxsa, “mən gəlirəmsə, 5 həmyerlim də mənimlə gəlməlidi”, demək?! Bu variantlar vaxtilə tətbiq olunan Rusiya və Ukraynada artıq keçərli deyil. Az qalır kluba aşpazı da Ukraynadan gətirtsin. Kimin hansı məqsədlərlə gətirildiyi də bəllidi. Eyni menecerlə iş birliyinin arxasında hansı məqamların dayandığı da məlum məsələdi. Vernidubu transfer edib. Qardaşım, Azərbaycanda hara daş atsan, 10 dənə Vernidubdan səviyyəli müdafiəçi çıxar. Bu nə deməkdi ki, klub rəhbərliyi məşqçinin işinə qarışmır? Axı, bu, necə ola bilər? Onda klub rəhbərliyinin əvəzinə bir inkassator təyin etsinlər də. O da lazım gəldikcə pulları daşısın. Kaxaber Sxadadze göylərə qaldırılmadığı dönəmlərdə “Standart”da çalışırdı. Paytaxt təmsilçisinin rəhbərliyi baş məşqçiyə bildirmişdi ki, onların seleksiya istiqaməti Cənubi Amerikadı. Hansı mövqeyə, hansı üslubda oyunçu istəyirsənsə, buyurub deyə bilərsən. Təklif olunacaq futbolçularla isə başqa adamlar məşğul olacaq. Bu gün klub prezidenti Tale Heydərov “Qəbələ”yə böyük vəsait yatırır. Bəxtləri gətirdi ki, Avroliqanın qrup mərhələsinə çıxdılar. Qriqorçukun rəhbərliyi altında “Qəbələ”nin ən böyük uğuru məhz bu idi. Ancaq diqqət yetirsəniz görərsiniz ki, bunda digər faktorlar rol oynayıb. Təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə oyunda bayraq yandırıldı. Kipr və Yunanıstan klubları ilə də bəlli münasibətlər. Futbolçular emosional yksəlişdəydilər. Onların əlavə motivasiyaya ehtiyacı yox idi.  Heyətdəki azərbaycanlı futbolçular və funksionerlərin bu emosionallığı legionerlərə də müsbət təsirini göstərmişdi. Üstəlik, nəzərə almaq lazımdı ki, Tale Heydərov Qriqorçuk üçün maksimal şərait yaradıb. Avropada 10-15 komanda olar ki, baş məşqçisinin istdiyi bütün xırdalıqları dərhal həll edir. Amma bu il ukraynalının bəxti gətirdi. Bəs Avroliqanın qrupuna düşməsəydi necə olacaqdı? Bir şeyi başa düşməlidilər ki, Qriqorçuk “dinozavr”dı, onun Sovet təfəkkürlü idarəetmə metodu 30 il əvvəldə qalıb. Bu gün müasir iş prinsiplərinə arxalanmaq lazımdı. Seleksiya işi çox həssas məsələdi. Bu sözü əminliklə deyirəm. Azərbaycanda seleksiyanı bacaran 3 güclü mütəxəssis var: Vaqif Sadıqov, Yunis Hüseynov və Şahin Diniyev. Doğrudu, Sadıqovu məşqçi hesab etmirəm. Amma məhz seleksiya bacarığı, nəzəriyyə biliklərinə söz ola bilməz! Diqqət yetirin, adlarını çəkdiyim hər 3 mütəxəssis futbolçu dönəmlərində yaradıcı olublar. Bu üzdən də onların seleksiya bacarığı ən yüksək səviyyədədi. Əminəm ki, “Qarabağ”ın Reynaldo və Almeyda kimi futbolçuları rənglərinə qatmasında əsas pay sahibi Elçin Rəhmanov olub. Xatırladım ki, Elçin də mərkəz yarımmüdafiəçisi olub. Ağdam təmsilçisində isə seleksiya işlərində həlledici söz sahibi məhz Rəhmanovdu. Təəssüf ki, Dorinel Muntyanunun başlarına rumınlarla açdığı oyun “Qəbələ”yə dərs olmadı. Bu gün Qriqorçuk ukraynalıları vaqon-vaqon gətirməkdə davam edir.
– Yəqin ki, Pavel Paşayevin də transferinə təəccübləndiniz?
– Bu da həmin qəbildən olan transferdi. Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov, Arif Daşdəmirov ola-ola, Qriqorçuk Ukraynadan eyni mövqeyə daha bir transfer reallaşdırır. Axı, bu futbolçular komandayla hazırlıq keçiblər. Pavel gəldikdən sonra hansınınsa yerini dar edəcək, Avropa Liqasının qrupuna düşməkdə pay sahibləri olan oyunçulardan hansınınsa oyun praktikasını azaldacaq.  Ümumiyyətlə, Qruqorçukun transferlərindən yalnız Dmitri Bezotosnını uğurlu adlandırmaq olar. Aleksey Qaya baxanda adamın ürəyi ağrıyır. Ağsaqqal adamdı, kor da görür ki, 60 dəqiqədən sonra “motor”u çəkmir. İndiyədək Aleksey Antonov nə ilə yadda qalıb? Elə Sergey Zenyov da qeyri-adi heç nə etməyib. Vernidub haqda isə yuxarıda qeydimi etdim.
– Heyəti kifayət qədər zəngin olan “Zirə” Elvin Məmmədovu da sıralarına qatdı…
 – Bu transferi uğurlu hesab edirəm. Qəsəbə təmsilçisinin yerli lider oyunçuya ehtiyacı var idi. Doğrudu, Rəşad Abdullayev var. Amma görünür ki, Abdullayev üçün bu mövsüm sonuncudu. Artıq yaşa dolub. Elvin isə təcrübəsi və istedadı ilə artıq ilk oyunundaca “Zirə”yə faydalı olacağını nümayiş etdirməyi bacardı.
– “Sumqayıt”ın qışda bir neçə tanınmış simanı rənglərinə qatmasına münasibətiniz necədi?
– Samir Abasovun gəlişindən sonra komanda “Qafqaz futbolu” oynamağa başlayıb. Bu komandanın ifasında sürətli əks-hücumlara baxmaq zövq verir. Qış transferlərinə gəlincə, burada daha çox Vaqif Cavadov və Səlahət Ağayev diqqəti cəlb edir. Yuxarıda qeyd etdiyim kimi, bəzən transferlərin edilməməsi komandaya daha çox şey qazandırır, nəinki edilməsi. Səlahət Ağayevin transferini birmənalı şəkildə “Sumqayıt”ın aktivinə yazmaq lazımdı. Mövsümün ilk yarısında da hiss olunurdu ki, komandada qapıçı problemi var. Səlahətin transferindən sonra bu problem aradan qalxıb. Çərçivə həqiqətən də etibarlı əllərdədi. Ancaq Cavadovla bağlı nikbin fikirləri davam etdirmək olmur. Faktiki olaraq, “Neftçi”ylə oyunun taleyini baş məşqçinin start heyətini müəyyənləşdirərkən, buraxdığı səhv həll etdi. Cavadov fərdi oyuna üstünlük verməklə, faktiki olaraq, “Sumqayıt”ın dəst-xəttini məhv etdi. Uğursuz Türkiyə karyerasından sonra “Sumqayıt” Cavadov üçün əla şansdı. Amma hazırkı durumu yeni komandasına uyğun gəlməmsindən xəbər verir. Hər halda, qeyd etdyim kimi, bəzən transferin edilməməsi daha çox fayda verir.
– Sonda təlim-məşq toplanışları ilə bağlı da fikirlərinizi almaq istəyərdik. Hər halda Türkiyəyə getməyən klubların qış fasiləsində vətəndə qalan klublarla bacarmaması çox qabardıldı.
– Açığı, hansısa jurnalistin bunu bəh-bəhlə qabartması adamı o qədər yandırmır, nəinki bəzi mütəxəssislərin. Məgər özlərinə “mütəxəssis” deyənlər bilmir ki, Türkiyə toplanışına yollanan klublar normal yüklənmələr alıb və ilk turlarda bir qədər ağır olurlar? Məgər ölkədə qalan klubların normal yüklənmə almaması səbəbindən ilk turlarda daha yüngül olduqlarını həmin “mütəxəssislər” bilmir? Ölkə xaricinə getməyən klubların durumuna yaxın 2-3 turdan sonra baxarıq. Bax, onda kimin hansı faydanı gördüyü aşkar üzə çıxacaq.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-13 12:39

“Deportivo” Sequndaya qayıtdı

blank
Digər idman növləri2024-05-13 12:24

AFFA regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirib

blank
Digər idman növləri2024-05-13 12:10

Draft lotereyanın nəticələri bəlli oldu

blank
Digər idman növləri2024-05-13 11:55

Çempiondan ardıcıl ikinci qələbə

blank
Digər idman növləri2024-05-13 11:38

Romada son 20 ildə ilk dəfə

blank
Ölkə futbolu2024-05-13 11:21

“Qarabağ” öz rekordunu təkrarladı

blank
Ölkə futbolu2024-05-13 11:04

“Neftçi” 7-ci oldu

blank
Dünya futbolu2024-05-13 10:47

“Bolonya” 60 ildən sonra bunu bacardı

blank
Dünya futbolu2024-05-13 10:32

Simeone Araqonesi ötdü

blank
Ölkə futbolu2024-05-13 10:15

İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!

blank
Dünya futbolu2024-05-13 09:58

“Arsenal”dan növbəti rekord

blank
Ölkə futbolu2024-05-13 09:41

“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

blank
Digər idman növləri2024-05-13 09:24

Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal

blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Ölkə futbolu2024-05-13 08:32

“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası

blank
Ölkə futbolu2024-05-13 08:15

Musa Qurbanlının oynamamasının səbəbi

blank
Ölkə futbolu2024-05-13 08:00

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm