Ölkə futbolu
Elbrus Məmmədov Mirça Luçeskudan öyrənəcək
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məm…
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Ukraynanın “Şaxtyor” klubunun düşərgəsindədir. Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis hazırda Türkiyənin Antalya şəhərindədi.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Elbrus bəy qardaş ölkədə təlim-məşq toplanışında olan Donetsk təmsilçisinin düşərgəsində təcrübə keçir. Pro lisenziyası almaq üçün nəzərdə tutulan təcrübə müddəti ərzində bir həftə həmin şəhərdə olacaq Məmmədov Ukrayna klubunun baş məşqçisi Mirça Luçeskunun təcrübəsindən də yararlanmağa çalışacaq.