Əvəzedicilər
"Neftçi"nin futbolçusuna 2 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 26-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.