Bizi izləyin

Ölkə futbolu

Qusar biabırçılığının ikinci hissəsi

Birinci divizionda işlər fırıqdı. “Şahdağ” – …

blank
Birinci divizionda işlər fırıqdı. “Şahdağ” – “Ağsu” görüşünün baş hakimi Xəlil Xəlilovun idarə etdiyi qarşılaşma böyük qalmaqalla bitib.
 
İntizam Komitəsinin qərarından çıxarış: “Matçın 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verir və rəqib qol vurur. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirir, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edir. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilmir və "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinir (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkmiş və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olmuşdur. Matç sona kimi oynanılmışdır”.
 
Bizim ölkə çempionatını idarə edən hakim qırmızı vərəqə almış futbolçunun nəinki meydançanı tərk etməli, ümumiyyətlə, tribunalara yollanmalı olduğundan bixəbərdisə, Hakimlər Komitəsinin işini necə yüksək qiymətləndirə bilərik? Ümumiyyətlə, AFFA rəhbərliyi fəaliyyətinin bu hissəsinin bərbad durumda olmasını etiraf etməli, ciddi islahatlara start verməlidi.
 
İndi də gəlin İntizam Komitəsinin çıxardığı qərarlara diqqət yetirək: “Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir. "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80). "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80). Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50)”.
 
“Görünən kəndə bələdçi lazım deyil”, atalar məsəli bu oyun üçün yaramır. Çünki “görünən” libasında Ruslan Həsənovu, “görməli” olan baş hakim Xəlil Xəlilov “görmür”. Nəticədə, qonaqların inzibatçısı ona, loru dildə desək, “a kişi, qırmızı vərəqə vermisənsə, futbolçu meydandan çıxmayanadək, oyunu davam etdirə bilməzsən. Get, kitab oxu, təhsilini artır, Xaqani Məmmədovun dəfələrlə rüşvət qalmaqalanda ilişməsinə baxmayaraq, hələ də Hakimlər Komitəsinin sədri olmasına baxma. Sən nəinki oyunu davam etdirirsən, üstəlik penaltinin vurulmasına icazə verirsən”, deməsi “qarapaltarlı”nı ayıldıb. Ancaq ən qəribəsi budu ki, Ənvər Hacıyev İntizam Komitəsi tərəfindən futboldan 1 illik kənarlaşdırılıb. Nəyə görə? Sənin hakimlərin “vurma cədvəli”ni bilmirlərsə, nəyə görə inzibatçı bir tikə çörəyindən məhrum edilməlidi? Guya sivil qaydada, stadiona daxil olmadan, o, komandasına qarşı qərəzli (!!!) qərarın ləğv edilməsini təmin edə biləcəkdi?!
 
Bu ölkənin futbol təsərrüfatı elə bir kökdədi ki, bunu sözlə ifadə etmək mümkün deyil. İnzibatçı meydançaya daxil olmasaydı, nə baş verəcəkdi? Qol hesaba alınacaq, təkrar penalti təyin edilməyəcək və “Şahdağ” qeyri-qanuni qələbəni bayram edəcəkdi. Sonra kimə yazırsan yaz, onsuz da nəticə ləğv edilməyəcəkdi. Və faktiki olaraq, ədalətli nəticənin qeydə alınması üçün atılan bu addım 12 aylıq cəzayla nəticələnib.
 
Sən adi oyun qaydalarını bilməyən hakimini göndər evyıxanlıq etməyə, sonra da de ki, kimsə qaydanı pozub?! Biz demirik ki, tribunadan kiminsə meydançaya daxil olması düzgündü. Əsla! Ancaq yaranan vəziyyəti nəzərə almaq lazımdı, kiminsə həyatıyla oynamaq yox! İnzibatçıya 12 aylıq şərti cəza kəsməklə, ona bir daha analoji halın yaşanacağı təqdirdə “futboldan ömürlük kənarlaşdırmaq” xəbərdarlığını verməklə, məsələni düzgün həll etmək olardı.
 
Ancaq söhbət problemin sivil futbol təsərrüfatındakı həllindən gedir. Bu ölkədə isə qanunlar ancaq varlılar üçündü. Onlar üçün insan öldürüləndə də bəraət bəndi tapıb çıxarırlar. Heç olmasa “İnter”lə bağlı durumu gözlərinin önünə gətirəydilər. Klub yanvaradək borclarını bağlaya bilməsə də, avrokuboklardan kənarlaşdırılmadı. Çünki UEFA rəsmiləri mövcud vəziyyətə görə qərar çıxardı, Nizamnamənin nöqtə-vergülünə əsasən yox. Belə qanunsevər idinizsə, nəyə görə göz görə-görə AFFA-nın Hesabat-Seçki Konfransını İcraiyyə Komitəsinin qərarı verilmədən, qanunu ciddi şəkildə pozaraq, keçirdiniz? Çünki hər şeyi pul həll edir?
 
CEYHUN ƏLİYEV
 
P.S. “Ağsu”nun inzibatçısının üzünü nə heç vaxt görmüşəm, nə də səsini eşitmişəm. Ancaq 1-ci divizionda inzibatçı vəzifəsində çalışan şəxsin ailə vəziyyətinin hansı durumda olduğunu təxmin etmək çətin deyil. Vicdan gözəl şeydi, deyilmi?
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-12 19:21

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Premyer-liqa2024-04-12 19:00

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-12 19:00

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm