Ölkə futbolu
AFFA-nın hesabatı: “quşlar cəh-cəh vurur”
AFFA-nın Hesabat-Seçki Konfransında təqdim etdiyi nəticəl?…
AFFA-nın Hesabat-Seçki Konfransında təqdim etdiyi nəticələrə əsasən bu gün futbolinfo.az saytının dərc etdiyi yazı bəzi ölkə klublarının narazılığına səbəb olub. Bununla bağlı redaksiyamıza daxil olan zənglər assosiasiyanın hesabatında nöqsanların olduğunu üzə çıxardı.
Xüsusilə “Qəbələ”ylə bağlı məsələdə birdən-birə 2 səhvə yol verildiyi diqqət çəkir. Təqdimatda Murad Popovun Polşa futbolunun yetirməsi olduğu bildirilsə də, əslində, onun Ukraynadan gətirildiyi üzə çıxıb. Bu komandadan U-17 yığmasına 2 oyunçunun cəlb edildiyi də məhz təqdim edilən hesabatlara əsasən göstərilib ki, bu dəfə də yanlışlığın mənbəyi AFFA əməkdaşlarıdı. “Qəbələ” 2 deyil, 3 oyunçusunun U-17 yığmasına dəvət edildiyini iddia edir ki, etirazını assosiasiyanın 3 ay ərzində çalışıb hasil etdiyi rəhbərliyinə ünvanlamalıdı.
AFFA-nın hesabatı ilə bağlı araşdırmalarımız davam edir. Qarşıda hansı nəticələrlə üzləşəcəyimizi Allah bilir…
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”