Bizi izləyin

Ölkə futbolu

Futbolinfo.az AFFA-nın Media Komitəsində olmayacaq!

Bu haqda yazmaq istəmirdim. Jurnalist həmrəyliyi naminə hətta haq…

blank
Bu haqda yazmaq istəmirdim. Jurnalist həmrəyliyi naminə hətta haqsızlığa belə göz yummaq, hər şeyi zamanın ixtiyarına buraxmaq istəyirdim. Ancaq bəzi həmkarların vəziyyəti düzgün dəyərləndirməməsi və dəyərləndirmək istəməməsi bu sətirləri kompüterin yaddaşına köçürməyimi zəruri etdi.
 
Əslində, dostların sosial şəbəkələrdəki statuslarından, daim izlədiyim saytlardan hadisələrin gedişi barədə xəbər tuturdum. Dünən AFFA-nın rəsmi saytında bu barədə məlumatı gördükdən sonra isə qənaətimdə yanılmadığıma əmin oldum.
 
AFFA yanında Media Komitəsinin başlatmağa hazırlaşdığı layihələrdə futbolinfo.az saytı olmayacaq. Çünki biz sözügedən quruma üzv olmayacağıq. Ərizələrin qəbulu aprelin 4-də bitsə də, biz kollektiv olaraq hələ xeyli öncədən bu barədə qərar qəbul etmişik.
 
Kiminsə xətrinə dəymək, kiminsə əməyini kiçiltmək istəmir, kimisə səhv yol seçməkdə qınamırıq. Mövcud şəraitdə, maliyyə sıxıntılarının mətbuatı əldən saldığı bir zamanda hamı vəziyyətdən çıxmaq üçün qərar verməkdə sərbəstdi. Bəlkə də biz səhv edirik və bu qərar ayaq üstdə qalmağımızı çətinləşdirəcək. Amma futbolinfo.az məhz bu yolu seçdi. Media Komitəsi “AFFA yanında” əlavəsindən qurtulana, Əsasnaməsinə düzəlişlər edənə kimi biz eyni cəbhədə döyüşməyəcəyik.
 
Təbii ki, hər şeyin bir səbəbi var. Biz Media Komitəsinə üzv olmamağı, layihələrə qatılmamağı bu qurum məhz AFFA-nın yanında olduğu üçün lazım bildik. Zənnimcə, mətbuat kiminsə, nəyinsə yanında olmamalıdı. Hətta təşəbbüs AFFA-dan gəlsə də, qurumun adı sadəcə, Media Komitəsi və ya Futbolun İnkişafına Media Dəstəyi Komitəsi olsaydı, bu qəbuledilən sayılardı. Amma AFFA-nın yanında olmaq bizim üçün yolverilməzdi. AFFA-nın qarşısında olmaq niyyətimiz də yoxdu, dürüstlüyü, həqiqəti ən ümdə məram bilib obyektiv KİV nümayəndəsi olmaq daha yaxşıdı.
 
Bəlkə də Media Komitəsinin Əsasnaməsində
 
Qərarlar baş katibin əmri ilə təsdiqlənir;
İdarə Heyətinin strukturunu və işçilərin sayını AFFA-nın baş katibliyi müəyyən və təsdiq edir;
Qurum AFFA-nın mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə xidmət etməlidi;
Jurnalistlərin Etik Davranış Kodeksi AFFA tərəfindən təsdiq edilir;
Komitənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tədbirləri görülməsi üçün AFFA rəhbərliyinə təqdimatlar verilir;
AFFA-nın baş katibliyi tərəfindən təsdiq olunmayan layihələr maliyyələşdirilmir
 
kimi bəndlər olmasaydı, Media Komitəsinə üzv olmaq olardı. Ancaq mövcud şərtlərdə bu, boyunduruğa girməkdən başqa bir şey deyil. Faktiki, AFFA yanında Media Komitəsi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin bir qolu təsiri bağışlayır. AFFA daha savadlı olan jurnalist kadrlardan öz PR-ı üçün istifadə etməyə, mətbuatı parçalamaqla özünü tənqidlərdən qorumağa çalışır. Futbolinfo.az isə qalxan olmaq niyyətində deyil.
 
Media Komitəsində olan, ora üzv olacaq dostlara səmimi qəlbdən uğur arzulayırıq. Onların bizim düşüncələrimizin səhv olduğunu isbatlayacağına ümid edir, bunu gözləyirik. Onların peşəkarlığına, söz sahibi olmalarına da şübhəmiz yoxdu. Sadəcə, onlar bu layihəni fərqli, daha pozitiv düşüncəylə qəbul edirlər və ola bilsin, haqlıdılar. Biz fərqli düşünürük. Kənarda qalmağın azad sözə daha faydalı olacağı qənaətinə gələrək belə qərar vermişik.
 
Sonda bir çox həqiqi dostların və bəzi “dostlar”ın ortaq fikrinə aydınlıq gətirməyi lazım bilirik. Həqiqi dostlar Media Komitəsi ilə bağlı müzakirələrə əvvəldən qoşulmamalı olduğumuzu, “dostlar” isə seçilmədiyimiz üçün indi belə mövqe tutduğumuzu düşünür. Aydınlaşdıraq…
 
Əvvəla, müzakirələrə qoşulmaq işin təşkilatçılarına problemləri çatdırmaq, sözümüzü demək baxımından vacib idi. Bunu etdik.
 
İkincisi, müzakirələr başlayarkən bu təşəbbüs elektron KİV-ə dəstək adı ilə başlanmış, hətta AFFA-nın baş katibi Elxan Məmmədov çıxışında oğluna da qəzet oxutdura bilmədiyini söyləmişdi. Sonra qazanı qarışdırıb bura KİVDF-dən yardım alan qəzetləri də calaq etdilər, forma və məzmun dəyişdi, ilkin təşəbbüs yaddan çıxdı. Həmkarlarım xatırlayar – hər iki tədbirdə buna qarşı çıxdım, əsas qayənin unudulduğunu xatırlatdım. Sonradan quruma “AFFA yanında” əlavəsi yapışdırılanda bunun tələ olduğu aydınlaşdı.
 
“Dostlar”ın iradına gəlincə, deyim ki, mətbuatın birliyinin pozulmaması üçün seçkidə də iştirak etdim və nəticələri tanıdığımı bəyan etdim. Ssenari əla qurulmuşdu və məntiqi sonluqla yekunlaşdı. Hətta komitəyə seçilsəydim də, hazırkı Əsanaməni və qurumun adını görəndən sonra oranı tərk edəcəkdim. Ancaq həmin vaxt bu, dəqiqləşməmişdi və təşəbbüskarların səmimiliyinə, həqiqətən elektron KİV-ə kömək etmək istədiklərinə ümid edirdim. İnanmırdım ha, ümid edirdim.
 
O ki qaldı futbolinfo.az-ın Media Komitəsinin 7 nəfərlik İdarə Heyətinə düşməməsinə, işimizə, fəaliyyətimizə, ictimai fikrə təsir qüvvəmizə, obyektivliyimizə, reytinqimizə görə hətta ilk “üçlüy”ə layiqik. Ancaq seçki baş katibə təklif etdiyimiz monitorinqlə ilk “onluq” müəyyənləşəndən sonra aparılmadı, sıradan səsvermə keçirildi, respondentlər haqq sözü deyərək küsdürdüyümüz adamlar oldu. Belədə bu nəticə qaçılmaz idi.
 
Mən baş redaktordan ibarət saytların kollektivi, işçi qüvvəsi, normal maddi-texniki bazası olanlardan ayrı tutulmasını istədim. Çünki 43 sayt Azərbaycan üçün həddən artıq çoxdu və indi də bu fikirdəyəm. Hətta istənilən jurnalist belə 10-dan artıq sayt adı çəkə bilməz. Seçilmək xatirinə hamıya yalançı vəd vermək istəmədim, dürüst oldum, bu nəticəni də özüm “qazandım”. Seçki bülletenində də layiq olanlarınn adını yazdım, riyakarlıq edib əsas rəqiblərimi sıradan çıxarmaq xatirinə qondarma siyahı hazırlamadım.
 
Hamı bilsin ki, hansısa komitəyə düşmək, orada nəyisə bölüşmək mənim üçün prioritet deyil. Əsas olan maddi dayaqları möhkəm olan, istədiyini yaza bilən, müstəqil mətbuatın mövcudluğudu. AFFA-nın təklif etdiyi komitədə bunların hamısı bir arada mümkün deyil. Kənarda qalarkən, ola bilər, maddi imkanlarımız yaxşı olmayacaq, amma heç olmasa, heç kimin əlimizdən ala bilmədiyi azadlıq əlimizdə olacaq. O isə hər şeydən bahadı.
 
Bununla belə, futbolinfo.az Media Komitəsinə üzv olmasa da, layihələrdən kənarda qalmayacaq. Aprel ayından başlayaraq, layihələrə start veririk. AFFA-nın maliyyələşdirməyəcəyi 2 layihə ilə işimizə davam edəcəyik. Heç bir maddi dəstək güdmədən, daxili imkanlarımız hesabına bunu edəcəyik. Kollektivimizin gücü hətta bir neçə layihəni eyni vaxtda işləməyə imkan verir.
 
İşə “AFFA-da qazon monopoliyası” və ya “Milliləşdirmənin fəsadları” layihələri ilə də start verə bilərdik, ancaq indiki halda bunun qərəz, alternativ layihələr kimi qəbul ediləcəyini düşündük. Ona görə də daha münasib layihələri yaxın günlərdə futbolinfo.az-da görə biləcəksiz. Bu yazıları qiymətləndirmək üçün Media Komitəsinin İdarə Heyətinə ehtiyacımız olmayacaq, onsuz da orada olanlardan uzağı 2-3 nəfər yazdıqlarımıza hansısa şərh verə bilər. Bizim üçün əsas olan oxucu məmnuniyyətidi…
 
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm