Ölkə futbolu
“Neftçi”nin məşqçisi: “Rəhbərlik mənə heç nə deməyib”
Dünən mətbuatda “Neftçi”nin məşqçil…
Dünən mətbuatda “Neftçi”nin məşqçilərindən birinin göndərilməsi ilə bağlı məlumat yayılıb. Futbolinfo.az sportal.az-a istinadən xəbər verir ki, əvəzedici komandada baş məşqçi Samir Əliyevin köməkçisi vəzifəsində çalışan Araz Qulamov vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı Qulamovla əlaqə saxladıq. Saytımıza açıqlama verən çalışdırıcı vəzifəsindən uzaqlaşdırılmadığını və işinə davam etdiyini bildirdi:
“Neftçi”dən ayrılmamışam, vəzifəmdəyəm. İlin əvvəlindən əvəzedici komandada Tofiq Mustafayevin köməkçisiyəm. O, əsas komandaya Vəli Qasımovun yanına getdikdən sonra indi də əvəzedicilərdə Samir Əliyevlə birlikdə çalışıram. O da mənə deyib ki, köməkçi məşqçi vəzifəsində çalış. 8 il akademiyada işləmişəm. Tofiq və Samir müəllimlə işləmək mənim üçün də təcrübədi. İşdən çıxmağımla bağlı deyilənlər yanlış məlumatdı, bu barədə rəhbərlik mənə heç nə deməyib. Hətta mənə zəng edib, bildiriblər ki, narahat olma, işinə davam et”.
TARİYEL ƏHMƏDLİ