Dünya futbolu
Dadaşov Almaniyada daha bir qol vurdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları …
Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Noyştetlits"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Rüfət bu matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 19 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”