Dünya futbolu
Məsimovsuz "Domjale" xal itkisi ilə üzləşdi
Sloveniya çempionatında 32-ci turun oyunları keçirilib…
Sloveniya çempionatında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası – "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Krka" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 50 xalla üçüncü pillədə qərarlaşıb.