Ölkə futbolu
Şenol Günəş: "Qarabağ"la oynamaqdan şərəf duyarıq"
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçis…
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş "Qarabağ" barədə danışıb. Futbolinfo.az xəbər verir ki, o, ötən gün Super Liqanın növbəti turu çərçivəsində "Kayserispor"a qarşı keçirdikləri oyundan (4:0) sonra azərbaycanlı jurnalistin "Qarabağ"la bağlı sualına cavab verib.
Həmkarımız türkiyəli təcrübəli mütəxəssisdən "Qarabağ"la yoldaşlıq görüşü keçirməyi düşünüb-düşünmədiklərini soruşub. Günəşin cavabı belə olub: "Bundan şərəf duyarıq. Azərbaycanla eyni duyğuları bölüşürük və eyni millətik. "Qarabağ" komandasını da tanıyıram. İnşallah, bir gün orada və ya burada matç keçirərik".