Premyer-liqa
Rahid Əmirquliyev milli komandanın Avstriya toplanışına qədər hazır olacaq
Ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt&rdquo…
Ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la qarşılaşmada zədələnən “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev hazırda Almaniyadadır. Futbolinfo.az xəbər verir ki, futbolçu martın 10-da Almaniyanın Münhen şəhərində uğurlu əməliyyat olunmuş və ilk fizioterapiya kursunu keçmişdi.
Millimizin üzvü dünən yenidən müayinə üçün Almaniyaya yollanıb. Yarımmüdafiəçi növbəti fizioterapiya kursuna başlayıb. 27 yaşlı futbolçu yaxın 10 gündə reabilitasiya prosesi keçəcək. Əmirquliyevin Avstriyadakı təlim-məşq toplanışı zamanı komandayla məşqlərə qoşulacağı ehtimal olunur.