Dünya futbolu
"Traktorsazi" ÇL-in qrup mərhələsindəki son matçda uduzdu
Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oy…
Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktorsazi" klubu doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı qəbul edib.
Artıq qrup liderliyini təmin edən "Traktorsazi" üçün bu görüş formal xarakter daşıyırdı. Bu oyunda Təbriz təmsilçisi 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, "Traktorsazi" qrup mərhələsini 12 xalla turnir cədvəlinin 1-ci pillədə başa vurub. "Əl Hilal" isə qrup mərhələsini 11 xalla ikinci pillədə qapayıb. Hər iki komanda növbəti mərhələyə yüksəlib.
Asiya Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
3 may
Qrup mərhələsi, 6-cı tur
3 may
"Traktor Sazi" – "Əl Hilal" – 1:2
Qollar: Salem Al-Davsati, 16 (0:1). Aloys Nong, 48 (1:1). Aylton, 72 (1:2).
Qollar: Salem Al-Davsati, 16 (0:1). Aloys Nong, 48 (1:1). Aylton, 72 (1:2).