Milli komanda
Təbriz Həsənov: "AÇ-yə tam heyətlə hazırıq"
“Həmkarlarımı salamlayıram. Onların hər birinə uğur arzu…
“Həmkarlarımı salamlayıram. Onların hər birinə uğur arzulayıram”. Futbolinfo.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
Sabah ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Həsənov komandasının turnirə hazır olduğunu söyləyib: “Komandamız oyuna tam heyətlə hazırlaşıb. Artıq zədəlilərimiz də sıraya dönüblər. Tam gücümüzlə turnirə hazırıq. Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi bizim oyunumuza müsbət mənada böyük təsir edəcək. O ki qaldı sabbahkı oyuna, Portuqaliyanın oyunlarını izləmişəm. Sürətli oyunçulara malikdi. Qrupumuzun favoritlərindən sayılır. Amma biz də uğurlu nəticə üçün meydana çıxacağıq”.
Həsənov hədəflərinin qrup səddini aşmaq olduğunu deyib: “Qarşımıza məqsəd qorymuşuq ki, qrupdan çıxaq. Əsasən də sabahkı matça ciddi hazırlaşmışıq. Digər rəqiblər barədə ondan sonra maraqlanmaq olar”.
Qeyd edək ki, Portuqaliya, Belçika və Şotlandiya ilə birlikdə A qrupunda yer alan yığmamız ilk görüşünü sabah turnirin favoritlərindən hesab edilən Portuqaliyaya qarşı keçirəcək.