Ölkə futbolu
İsveç yığmasının baş məşqçisi: "Güclü qrupa düşsək də…"
“İlk dəfədi ki, Azərbaycanda oluruq. Bakı çox xoşum…
“İlk dəfədi ki, Azərbaycanda oluruq. Bakı çox xoşuma gəlir, təmiz şəhərdi”. Futbolinfo.az xəbər verir ki, bu sözlər İsveçin 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Maqnus Vikmana məxsusdu.
Bakıda keçiriləcək Avropa çempionatı üçün komandasını ölkəmizə gətirən Vikman bu gün mətbuat konfransında fikirlərini bildirib: “Bura bizdə xoş təəssüratlar yaradıb. Məşqlərə gedəndə göydələnləri, Xəzər dənizini görürük. Hər şey ürəyimizcədi. Qrupa gəlincə, çox güclü rəqiblərlə düşmüşük. Xüsusən də, İngiltərə və Fransa bizdən bir baş üstün görünür. Ancaq Danimarka ilə oynamaq olar. Çünki onlar bizimlə başabaş komandadılar. Güclü qrupa düşsək də, əlimizi yanımıza salmayacağıq, mümkün qədər irəliləməyə çalışacağıq”.
Qeyd edək ki, skandinaviyalılar C qrupunda Danimarka, Fransa və İngiltərə yığması ilə mübarizə aparacaqlar. Vikman yetirmələrini ilk olaraq sabah İngiltərə ilə matçda sınayacaq (apasport.az).
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var