Dünya futbolu
Erat üçün 90 dəqiqə və 3 xal
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçir…
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası – "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Şalke II" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:0. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 56 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.