Ölkə futbolu
"Qarabağ"ın Avstriyadakı son rəqibi bilindi
"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi n…
"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq.
Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Xatırladaq ki, "Qarabağ" ilk yoxlama oyununu bu gün yerli "Vakker İnsbruck"a, ikinci sınaq matçını isə iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.