Dünya futbolu
Avropa və Amerikanın ən güclü yığmaları qarşılaşa bilər
Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Domin…
Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominges maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, futbol funksioneri UEFA-ya müraciət etdiyini və Avropa çempionu ilə Amerika Kubokunun qalibinin arasında matç keçirməyi təklif etdiyini bildirib.
Dominges ABŞ-da hazırda davam edən “Copa America”nın olduqca maraqlı keçdiyini də əlavə edib: “ABŞ-dakı çempionat çox maraqlıdır. Ortalama hər matçı 46 min adam izləyir. Hər oyunda 3 və daha çox qol vurulur”.