Dünya futbolu
Argentina millisində daha 2 ulduz "söndü"
Argentina millisinin daha 2 ulduz futbolçusu yığma karyerası…
Argentina millisinin daha 2 ulduz futbolçusu yığma karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, kapitan Lionel Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero əsas komandadan getməklə bağlı qərar verib.
Onlar belə bir fikrə nə üçün gəldiklərini açıqlamayıblar. “Barselona”nın 32 yaşlı müdafiəçisi və “Mançester Siti”nin 28 yaşlı hücumçusunun bu addımını komandanın digər aparıcı futbolçuları da təkrarlaya bilərlər. Yığmanın aparıcı üzvlərindən Anhel di Mariya, Qonsalo İquain, Esekiel Lavessi və Lukas Bilyanın da milli karyerasını bitirəcəyi gözlənilir.
Qeyd edək ki, Argentina ABŞ-da keçirilən Amerika Kubokunda Çiliyə ardıcıl ikinci dəfə penaltilər seriyasında uduzub. Messi və Bilya qapını dəqiq nişan ala bilməyiblər.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”