Ölkə futbolu
Vəli Qasımov: "Maltada yaxşı oyun göstərib, mərhələni keçmək istəyirik"
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçi…
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "Baltsan” – "Neftçi” oyunundan əvvəl mətbuat konfransı baş tutub. Futbolinfo.az xəbər verir ki, tədbirdə "Neftçi”nin baş məşqçisi Vəli Qasımov və futbolçu Elşən Abdullayev jurnalistlərin suallarını cavablandırıblar.
Vəli Qasımov: "Bizi çətin oyun gözləyir. Rəqib haqda məlumat toplamışıq, zəif komanda deyil. Hücumçuları xoşumuza gəldi, Malta milli komandasının üzvüdür. Orta xəttdə də yaxşı futbolçuları var. Sadə futbol oynayırlar və nəticə qazanırlar. Bununla belə, istəyirik burada yaxşı oyun göstərib ilk mərhələni biz keçək. Yeni transferlərimiz var, onların oyununu bəyənib komandaya cəlb etmişik. Düzdür, düşərgəyə yeni qoşulublar, amma hesab edirəm ki, bu qısa müddət ərzində komandaya uyğunlaşa biliblər”.
Elşən Abdullayev: "Bakıda da, demək olar, havanın temteraturu bura ilə eynidir, havaya görə çətinlik yaşayacağımıza inanmıram. İnanıram ki, komanda şəklində yaxşı oynayıb sərfəli nəticə qazanacağıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…