Bizi izləyin

Ölkə futbolu

“Kəpəz” bunu bacaracaq! Yetər ki, özləri inansın…

“Kəpəz”. Tarixi ərzində bir dəfə Avropa macəraları…

blank

“Kəpəz”. Tarixi ərzində bir dəfə Avropa macəralarında mərhələ adlamayan, amma Azərbaycan futbolunun Məkkəsi sayılan Gəncə təmsilçisi. İstehsalat sarıdan yalnız son illərdə korluq çəkən Gəncə yeni səhifə açmaq iqtidarındadı.

Bakıda “Daçiya” ilə görüşdə qeydə alınan 0:0 ilk baxışdan Moldova təmsilçisi üçün əlverişli olsa da, cütlüyün qalibi baxımından nikbin əhval-ruhiyyəyə zəmin yaradıb.

Təmsilçimizin baş məşqçisi Şahin Diniyevin dönə-dönə təkrar etdiyi “Ərzurum hündürlüyü”nün nə olduğunu bir qədər açaq. Dənizdən 2800 metr hündürlükdə yerləşən bu şəhərdə keçirilən təlim-məşq toplanışı futbolçuların yüklənməsinə hesablanan addımdı. İndi isə dənizdən yarım metr də hündürdə olmayan Azərbaycan. Əlbəttə, oksigen qıtlığı yaşadıqdan sonra futbolçular indi Cənnətə düşüb. Fizioloji və riyazi fərqə diqqət yetirin: hər 2000 metr hündürlük oksigenin normadan 20% aşağı olması deməkdi. Təsəvvür edin, “Kəpəz”in oyunçuları xeyli müddət tam fərqli iqlimdə yükləndikdən sonra bərpa keçmədən döyüşə atıldılar. Riskli idi? Sözsüz! Ancaq başqa çıxış yolu yox idi. Diniyev futbolçuları yalnız Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün hazırlaya bilməzdi. Çünki qarşıda çempionat da var, proqnozlarımızda yanılmasaq, növbəti avroliqa mərhələsi də. İndi isə tam tonusa düşmək üçün tələb olunan 10 gün artıq arxada qalacaq. “Kəpəz” ilk oyunda 60-65 dəqiqədən sonra yoruldusa, cavab görüşündə bu, 80-85 dəqiqədən sonra baş verəcək. 

Bəs, ilk oyuna əsasən hansı dəlillər nikbin düşüncələrə rəvac verir?

Gəncəlilərin heyətində Serjinyo ilk rəsmi oyununu keçirirdi. Dario Federiko da uzun fasilədən sonra yenidən yaşıl meydanlara çıxmışdı. Gənc Vüqar Bəybalayev ansabla uyğunlaşmaqda çətinlik çəksə də, sərgilədiyi futbolla moldovalıları çaş-baş salmışdı. Julian Ebah da mərkəz yarımmüdafiəçiləri ilə hələ normal anlaşa bilmirdi. Ancaq bütün bunlara baxmayaraq, gəncəlilər bu oyundan 3-4 top fərqiylə qalib ayrılsaydılar da, bu, təəccüblü olmayacaqdı. Çünki komandamızın əldə etdiyi qol imkanlarını hesablamaq üçün bir əlin barmaqları yetməz. Formada olmayan, anlaşma idealdan xeyli uzaq, iqlim dəyişikliyindən sonra adaptasiya üçün zaman qıtlığı yaşayan komanda bu cür oynamışdısa, bu problemlər qismən aradan qalxdıqdan sonra onlara necə favorit deməyək?

Dəlillər kifayət qədərdi. İndi əsas yük Diniyevin üzərinə düşəcək. Komandanı psixoloji cəhətdən hazırlamaq ən çətin məqamdı. Çünki heyətdə xeyli sayda gənc oyunçular var. Qarşılaşmanın müəyyən dəqiqələrində onlar özlərini itirə bilərlər. Bu isə acı fəsad verə bilər.

Hesabda önə keçsək, rəqib mütləq təxribata əl atacaq. Adlan Şişxanovun komandasından bundan artığını gözləməyə dəyməz. Və yenə də gənc futbolçularımız hansısa lazım olmayan hərəkətə uol verməklə, “Kəpəz”ə acı anlar yaşada bilərlər. Götürək elə Kərim Diniyevlə inquş prezidentin arasında yaşanmış münaqişəni. Şahin Diniyev təcrübəli mütəxəssisdi. Ancaq onun üzərinə düşən iş həqiqətən çoxdu. Bunu klub rəhbərliyi də dərk etməli və mütəxəssisin yanında olmalı, ona dəstək verməli, futbolçuları ruhlandırmalıdı. 

Cavab oyununda müdafiəyə çəkilmək komandamıza baha başa gələ bilər. Bəli, rəqib daha böyük qüvvəylə irəli atılmağa çalışacaq. Ancaq Darionun matçın sonundakı reydini yada salsanız, yetər ki, moldovalıların ipini yığmaq yolunu görəsiniz. “Sarı-göylər” mərkəzdə aqressiv oynayıb, rəqibi daha çox müdafiə haqda düşünməyə vadar edə bilsə, “Daçiya”nın oyunun ilk 5-10 dəqiqəsindən sonra ümidini matçsonrası penaltiyə bağlayacağına zəmin yaratmaq mümkündü. Topa nəzarət etmək, meydan sahiblərinin əsəbləri ilə oynamaq deməkdi. Moldovalılar topla düz-əməlli davrana bilmirdi, topsuz qalsalar, tamam başlarını itirəcəklər.

“Kəpəz” bu yükün altından çıxa bilər. “Kəpəz” “Daçiya”nı evində döyüb qayıda bilər. “Kəpəz” tarixində ilk dəfə mərhələ adlaya bilər. “Kəpəz” bunu bacaracaq… yetər ki, özləri buna inansın. 

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-15 16:31

5 boksçumuz Korotkov Memorialının yarımfinalında

blank
I Liqa2024-05-15 16:12

Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”

blank
Digər idman növləri2024-05-15 15:55

Albonla yeni müqavilə

blank
Ölkə futbolu2024-05-15 15:38

AFFA 6 kluba lisenziya verdi

blank
Digər idman növləri2024-05-15 15:18

Olimpiadaya doğru: 68 mərhələlik məşəl estafeti başladı

blank
Digər idman növləri2024-05-15 15:01

Olimpiya kəndində uşaq bağçası olacaq

blank
Ölkə futbolu2024-05-15 14:54

Üç liqada final mərhələsinin püşkü atılıb

blank
Ölkə futbolu2024-05-15 14:39

Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu

blank
Dünya futbolu2024-05-15 14:24

De Bröyne Fabreqasın rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-15 14:07

“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib

blank
Digər idman növləri2024-05-15 13:54

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Ölkə futbolu2024-05-15 13:18

II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

blank
I Liqa2024-05-15 13:00

I Liqada 26-cı turun 3 oyunun təyinatları bəlli oldu

blank
Digər idman növləri2024-05-15 12:42

Şumaxerin saat kolleksiyası 4,4 milyona satıldı

blank
Digər idman növləri2024-05-15 12:25

Həlledici mərhələ başlayır

blank
Digər idman növləri2024-05-15 12:08

İtaliya qran-pridən məhrum ola bilər

blank
Digər idman növləri2024-05-15 11:51

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

blank
Digər idman növləri2024-05-15 11:37

Son çempion dönüş etməyə yaxındır

blank
Ölkə futbolu2024-05-15 11:22

Marakvelidze: “Bir neçə təklifim var”

blank
Ölkə futbolu2024-05-15 11:07

Tovuzluların Niderland səfəri

blank
Ölkə futbolu2024-05-15 10:50

“Qəbələ”ni hansı aqibət gözləyir?

blank
Dünya futbolu2024-05-15 10:35

41 il sonra yenidən ÇL-də

blank
Digər idman növləri2024-05-15 10:17

Avqustda Meyvezerin döyüşü olacaq

blank
Digər idman növləri2024-05-15 09:59

“Ölçülərin mənası olsaydı, meşənin şahı fil olardı”

blank
Ölkə futbolu2024-05-15 09:42

Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq

blank
Digər idman növləri2024-05-15 09:25

“Mercedes” sürücüsünə mükafat verildi

blank
Digər idman növləri2024-05-15 09:10

“Bu il yığma komandada gənc oyunçular da çoxdur”

blank
Ölkə futbolu2024-05-15 08:52

“Qarabağ” – 34 çempiondan biri

blank
Ölkə futbolu2024-05-15 08:35

Musa Bakıya rəqib kimi gələ bilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm