Bizi izləyin

Ölkə futbolu

Diniyev üslubunda Diniyev: diplomat, təmkinli, hiyləgər

“Kəpəz” sabah gecə saatlarında vətəni tərk edir. G?…

blank

“Kəpəz” sabah gecə saatlarında vətəni tərk edir. Gəncə təmsilçisi uzaq Moldova səfərindən alnıaçıq dönmək üçün vuruşacaq. İlk oyunda “Daçiya” ilə qolsuz bərabərliyə qalan Nizami yurdunun təmsilçiləri döyüşə hazırdımı? Futbolinfo.az saytına verdiyi geniş müsahibədə komandanın baş məşqçisi Şahin Diniyev bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.

– "Daçiya" ilə oyunun hazırlıqları necə keçir? Proseslər ürəyiniz istəyən kimi davam edirmi?
– Hər şeyin ideal olduğunu deməzdim, çətinliklərimiz var. Komandanın fiziki hazırlığını qaydasına salmaq üçün vaxt lazımdı. Həm də 2-3 gündü məşq edirik, günü-gündən irəliləyiş var. Amma hər şey tam ideal deyil. 

– Yarımmüdafiə xəttinin əsas yükü Serjinyonun üzərinə düşməli idi. Amma futbolçunun potensiallı olduğu sezilsə də, uyğunlaşma baxımından çətinliyi olduğu hiss edilirdi. İndiki vəziyyəti nə yerdədi?
– Liderlik keyfiyyətlərini tam üzərinə götürdüyünü deyə bilmərəm. Amma əvvəlki qarşılaşmaya baxanda irəliləyiş, uyğunlaşma var. Qarşıda bir az vaxtımız var. Fikrimcə, oyunöncəsi hansısa səviyyəyə gəlib çatacaq. Amma Serjinyo da daxil olmaqla bütün futbolçular ideal formasına tam çatmayıb. 

– Rəqibi videolarla izləyib, analiz etməklə canlı-canlı mübarizə aparmaq fərqlidi. Yəqin ki, indi “Daçiya”nı tanıdığınızı söyləyə bilərik.
– "Daçiya"nı həm taktiki, həm də fiziki cəhətdən canlı görə bildim. Məni əsas narahat edən məqam bu gün hər kəsin "Kəpəz"in mərhələ keçəcəyindən danışmasıdı. Bu, yerində atılmamış addımdı. Hər şey göz qabağındadı. Düzdü, ilk matçda müəyyən vaxtlarda yaxşı çıxış etdik, amma  böyükhesablı qələbə qazanmamışıq ki, rahat olaq. İndi təkcə oyuna görə yox, komandanın ustalığının, motivasiyasının da böyük rolu var. İlk görüşdəki nəticədən sonra evdə çıxış edəcək rəqibin böyük üstünlüyü var, tamam fərqli futbol oynayacaqlar. Onlar mərhələ adlamağa daha yaxındılar. Bununla yanaşı, əksər mətbu orqanlarda "Kəpəz"ə inamın yazıldığını görmək sevindiricidi. Digər məqamda da narahat oluram ki, komandada arxayınlıq yaranmasın. Bakıdakından da çətin oyun olacaq. Meydan sahibi olduqları üçün daha fəal olacaqlar, nəzərə almaq lazımdı ki, azarkeş dəstəyi də rəqibin lehinə olan amildi. Bu, məni narahat edir.

– Ötən oyundan əvvəl matç öncəsi mətbuat konfransında komandanın sürətli hücumlar qurub, müdafiədə diqqətli olacağını söylədiniz. İlk 10 dəqiqəni nəzərə almasaq, "Kəpəz"in fiziki durumu çökənə kimi komandanız meydanda diqtə edən tərəf idi. Növbəti matçda da eyni dəst-xətti qorumaq fikrindəsiz, yoxsa mərkəzi rəqibə verməyi düşünürsünüz?
– İndi bu kartları açmaq istəmirəm, rəqibə kömək etmiş olaram. Necə oynayacağımızı deyə bilmərəm. Düzdü, elə böyük komanda deyilik ki, taktikamız qarşısıalınmaz olsun. Məşqçinin necə oynayacağını demək bir az gülünc sayılar. Sürətli hücumlar qurub, müdafiiədə diqqətli olmaq ötən oyuna görə deyilmiş sözlər idi. İlk işimizin öhdəsindən gəlsək də, ikincini bacarmadıq. Oyunun gedişatından da çox şey asılıdı. İyulun 7-də futbolçuların hazırlıqlarının necə olacağından da çox şey asılıdı. Matçın taleyi bu oyunda həll olacağından hər şeydə ehtiyatlı olmaq lazımdı. Rəqibə hörmətlə yanaşıb, saymaq lazımdı.

– Bakıdakı ilk oyundan hiss olunurdu ki, rəqibin prezidenti bir az problemli adamdı və futbolçuları təxribata çəkə bilər. Futbolçularınızla bu haqda danışmısınızmı və ya söhbət etmək fikriniz var?
– Onların da iş üsulu belədi. Emosionallıq onların oyuna hazırlığıdı. Biz də matça tamam başqa cür hazırlaşacağıq. Hər şey nəzərə alınacaq. Hər şeyə fikir versək, düzgün olmaz. Bakıdakı oyunda da gördünüz ki, "Kəpəz"də rəqibə qarşı bir mədəniyyət var. Sistemimiz budu və nəticədən asılı olmayaraq, özümüzü başqa cür aparmaq fikrimiz yoxdu. İlk qarşılaşmada da hakimlə necə danışmadığımız, azarkeşlərə qarşı münasibətimiz göz qabağında idi. Futbol oynamağa çalışırdıq. Eyni şeyi Kişinyovda da edəcəyik.

– İndidən sizə penalti seriyası təklif edilsə, buna razı olarsınız?
– Mənim üçün penaltilər ölümə bərabərdi. Fikir verirsinizsə, heç vaxt 11 metrlik cərimə zərbələrinə baxmıram. İstəməzdim belə hal yaşansın, amma bu futboldu, hər şey ola bilər. 

– Komanda hesabda geri düşsə, oyunda dönüş yaratmaq üçün hansı planı hazırlamısınız?
– Məşqçinin əlində hər varianta aid nəsə olmalıdı. Planın düzgün olub-olmaması mümkündü. Belə oyunlarda məşqçinin hər bir vəziyyətə uyğun planı olmalıdı. Oyuna kimin daxil olması da çox vacibdi. Məşqçi indidən bunu göz önünə almalıdı: kim əsas heyətdə meydana çıxacaq, kim sonradan qoşulacaq. Sonuncu oyundu hər şeyə hazır olmalıyıq, itiriləsi heç nəyimiz yoxdu. 

– Azarkeşlərə Kişinyovdan tarixində ilk dəfə 2-ci mərhələyə adlayan "Kəpəz"i gətirəcəyinizə söz verə bilərsiniz?
– Xeyr, bunu söz verə bilmərəm. Bugünkü durum bizim üstünlüyümüzü göstərmir, qorxaqlıq kimi qəbul etməyin. Reallıqla danışmaq lazımdı. Maddi-texniki bazada, təcrübədə, həmçinin bir çox cəhətdən onlara uduzuruq. Hər iki komandanın mərhələ adlamaq şansı var. Bu baxımdan rəqib bizdən 60/40-a üstündü. "Daçiya"nın meydan sahibi olması və ilk matçdakı nəticə də onlara üstünülük verir. Amma bunlar oyuna qədər olanlardı. Hər şeyi dəyişmək üçün qarşıda 90 dəqiqə, bəlkə də bir az da artıq vaxtımız var. 

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
I Liqa2024-05-15 19:51

“İrəvan”la “Mingəçevir” səfərdə uduzdu

blank
Digər idman növləri2024-05-15 19:21

Avropa çempionatının biletləri satışa çıxarıldı

blank
Ölkə futbolu2024-05-15 19:02

“Turan Tovuz”un baş məşqçisi və rəsmiləri Niderland klublarının düşərgəsində

blank
Digər idman növləri2024-05-15 18:37

Azərbaycan güləşçisi karyerasını bitirdi

blank
Ölkə futbolu2024-05-15 18:18

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər

blank
Ölkə futbolu2024-05-15 18:00

II Liqada mükafatlandırma mərasimi keçiriləcək

blank
Digər idman növləri2024-05-15 17:38

Azərbaycan çempionatının qalibləri məlum oldu

blank
Ölkə futbolu2024-05-15 17:19

II Liqada son turun oyun cədvəli müəyyənləşdi

blank
Dünya futbolu2024-05-15 17:01

Almaniya millisinin üçüncü qapıçısı müəyyənləşdi

blank
I Liqa2024-05-15 16:48

Həşimov: “Fikrimiz yalnız sabahkı oyundadır”

blank
Digər idman növləri2024-05-15 16:31

5 boksçumuz Korotkov Memorialının yarımfinalında

blank
I Liqa2024-05-15 16:12

Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”

blank
Digər idman növləri2024-05-15 15:55

Albonla yeni müqavilə

blank
Ölkə futbolu2024-05-15 15:38

AFFA 6 kluba lisenziya verdi

blank
Digər idman növləri2024-05-15 15:18

Olimpiadaya doğru: 68 mərhələlik məşəl estafeti başladı

blank
Digər idman növləri2024-05-15 15:01

Olimpiya kəndində uşaq bağçası olacaq

blank
Ölkə futbolu2024-05-15 14:54

Üç liqada final mərhələsinin püşkü atılıb

blank
Ölkə futbolu2024-05-15 14:39

Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu

blank
Dünya futbolu2024-05-15 14:24

De Bröyne Fabreqasın rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-15 14:07

“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib

blank
Digər idman növləri2024-05-15 13:54

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Ölkə futbolu2024-05-15 13:18

II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

blank
I Liqa2024-05-15 13:00

I Liqada 26-cı turun 3 oyunun təyinatları bəlli oldu

blank
Digər idman növləri2024-05-15 12:42

Şumaxerin saat kolleksiyası 4,4 milyona satıldı

blank
Digər idman növləri2024-05-15 12:25

Həlledici mərhələ başlayır

blank
Digər idman növləri2024-05-15 12:08

İtaliya qran-pridən məhrum ola bilər

blank
Digər idman növləri2024-05-15 11:51

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

blank
Digər idman növləri2024-05-15 11:37

Son çempion dönüş etməyə yaxındır

blank
Ölkə futbolu2024-05-15 11:22

Marakvelidze: “Bir neçə təklifim var”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm