Müsahibə
Akrapoviç: "Rəqib düşərgədə dönüş yarada biləcək futbolçu yoxdu"
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" – "Şkendiya" oyunundan sonra Makedoniya təmsilçisinin baş məşqçisi Bruno Akrapoviçin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "ağ-qaralar"ın ehtiyat oyunçular skamyasının qıtlığını xüsusi qabartdı.
– İstədiyimiz oyunu göstərə bildik. "Neftçi"nin oyununu düzgün təhlil etmişdik. Doğrudu, bəzi mövqelərdə dəyişiklik etmişdilər. Ancaq bu, bizi təəccübləndirmədi. İlk yarıda topa daha çox nəzarət edirdik. Ancaq rəqib ağıllı futbol oynadı. Fasilədən sonra onların daha çox hücum edəcəyini gözləyirdim, ancaq təmkinli oyun nümayiş etdirdilər.
– "Neftçi"nin evdə müdafiədən oynayacağını gözləyirdiniz?
– Düşünürəm ki, "Neftçi"nin sıralarında oyunu dəyişmək iqtidarında olan futbolçu yox idi.
– Dünən "Neftçi"nin favorit olduğunu söyləmişdiniz. Bu gün də fikrinizdə qalırsınız?
– Biz byundan da yaxşı oynaya bilərdik. Ancaq Polşa səfəri, ardınca uzaq Azərbaycana gəlişimiz futbolçuları yorub.