Ölkə futbolu
Antonio Mavuba: "Hələ Teo Uiksi tanımırıq"
"Sabah döyüşməyə hazırıq. Bilirik ki, rəqibimiz &…
"Sabah döyüşməyə hazırıq. Bilirik ki, rəqibimiz çox ciddi komandadı və hazırda yaxşı formadadı". Futbolinfo.az xəbər verir ki, bu sözləri "Lill" klubunun kapitanı Antonio Mavuba deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Fransa təmsilçisi sabah "Qəbələ"ni qəbul edəcək.
Matçdan öncə keçirilən mətbuat konfransında "Lill"in kapitanı Mavuba da iştirak edib. O, sabahkı görüşlə bağlı bunları deyib: "Ümid edirəm ki, sabah qələbə qazanacağıq. "Qəbələ" artıq 2 mərhələ keçib, özü də bunu yaxşı oyun göstərərək edib. Avroliqanın ötən mövsümündə rəqibin "Krasnodar"la oyununu xüsusi qeyd edərdim. Hələ Teo Uiksi tanımırıq. Bizə dedilər ki, "Qəbələ"nin heyətində 2 güclü cinah oyunçusu var".
Qeyd edək ki, "Lill" – "Qəbələ" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək. Apasport
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”