Ölkə futbolu
"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri bəlli oldu
Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq t…
Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq təmsilçilərimizin mövqeyi bəlli olub. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” səpələnmişlər, “Qəbələ” isə səpələnməmişlər qrupunda yer alacaq. Bu da ağdamlıların növbəti mərhələdə reytinqcə özündən aşağı, “Qəbələ”nin isə yüksək əmsallı rəqiblə qarşılaşacağı anlamına gəlir.
“Qarabağ”ın potensial rəqibləri: “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Arouka” (Portuqaliya), “Qrashoppers” (İsveçrə), AEK (Kipr), “Voyvodina” (Serbiya), “İstanbul Başakşehir” (Türkiyə), “Brondbü” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Osmanlıspor” (Türkiyə), “Slaviya” (Çexiya), “Göteburq” (İsveç), “Dinamo” (Gürcüstan), “Lokomativa” (Xorvatiya”), “Trençin” (Slovakiya), “Beytar” (İsrail), “Sseneryusk” (Danimarka), “Şkendiya” (Makedoniya), “Partizani” (Albaniya)
“Qəbələ”nin potensial rəqibləri: “Şaxtyor” (Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “Alkmaar” (Hollandiya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Genk” (Belçika), BATE (Belarus), “Sent-Etiyen” (Fransa), “Gent” (Belçika), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Çexiya), “Maribor” (Sloveniya), “Makkabi”(İsrail, Təl Əviv), “Austriya” (Avstriya), “Vest Hem” (İngiltərə), “Panatinaikos” (Yunanıstan), “Midtulland” (Danimarka), “Sassulo” (İtaliya)
Qeyd edək ki, Azərbaycan futbolu tarixində ilk dəfə hansısa təmsilçimiz qitəmiqyaslı yarışlarda səpələnmişlər qrupunda yer alır.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”