Dünya futbolu
ÇL-in pley-off mərhələsinin püşkü atıldı
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin p&u…
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. Futbolinfo.az xəbər verir ki, qrup mərhələsinə son 10 vəsiqəyə 20 iddiaçının rəqibləri bəlli olub.
Öz ölkəsinin çempionu olanlar pley-offun 5 cütünü təşkil edib. Azərbaycan çempionu “Qarabağ”ı yarışdan kənarlaşdıran Çexiya “Viktoriya” Bolqarıstan “Lüdoqorets”i ilə düşüb.
Çempion olmayanların mübarizəsində də 10 komanda 5 cütdə mübarizə aparacaq. “Böyük beşlik” təmsilçilərinin iştirakı ilə bir duel baş tutacaq. “Vilyarreal” “Monako” ilə görüşəcək. Bundan başqa, “Porto” ilə “Roma” arasında duel də maraq kəsb edir.
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 16-17-də, cavab qarşılaşmaları 23-24-də baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi (16-17 və 23-24 avqust)
Çempionlar yolu
“Ludoqorets” (Bolqarıstan) – “Viktoriya” (Çexiya)
“Seltik” (Şotlandiya) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Kopenhagen” (Danimarka) – APOEL (Kipr)
“Dandalk” (İrlandiya) – “Legiya” (Polşa)
“Dinamo” (Xorvatiya) – “Zalsburq” (Avstriya)
Liqa yolu
“Styaua” (Rumıniya) – “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) – “Roma” (İtaliya)
“Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) – “Borussiya” (M, Almaniya)
“Vilyarreal” (İspaniya) – “Monako” (Fransa)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”