Premyer-liqa
Vəli Qasımov: "Heyətlə bağlı çətinliyimiz var"
"Neftçi”nin baş məşqçisi Vəli Qasımov &o…
"Neftçi”nin baş məşqçisi Vəli Qasımov ölkə çempionatının ilk turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri səfər matçı öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları bildirib:
"Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq. Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz. İlk matçımızı səfərdə AZAL klubuna qarşı keçirəcəyik. Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son Avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…