Premyer-liqa
"Qəbələ" kapitanını itirdi
Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsind?…
Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən "Qəbələ" – "Kəpəz" oyununun 35-ci dəqiqəsində meydan sahibləri kapitanını itirdi. Oyun epizodunda sağ ayaq baldırını zədələyən Rəşad Sadiqov əvəzləndi.
Yarımmüdafiəçini meydandan xərəklə çıxarıb, paltardəyişmə otağına apardılar. Onun durumuna az sonra aydınlıq gələcək.
Bu məcburi dəyişiklik deyəsən, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku əsəbləşdirdi. O, bəzi futbolçularına irad bildirmək üçün hətta meydana girdi. Ukraynalını narazı salan futbolçuların kapitana lazımi dəstəyi verməməsi idi.