Premyer-liqa
Roman Qriqorçuk: "İşimizi buna uyğun qurmuşuq"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk…
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Rəşad Sadiqovun əvəzlənməsi ilə nəticələnən zədənin hansı dərəcədə olduğunu hələ bilmirik. O, təcrübəli futbolçudur və öz orqanizminə yaxşı bələddir. İnanmıram ki, o, ciddi zədəyə imkan versin. Hesab edirəm ki, bu, sadəcə ağrılar idi və Sadiqov vaxtında meydanı tərk etdi.
– Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi? Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız?
– Digər əvəzetmələri şərh etmək istəmirəm. Hər görüşdə 3 belə imkanımız olur və həmişə bunun səbəblərini açıqlamağa ehtiyac yoxdur. Belə qərar verdim. Oyunu dəyişməyin lazım olduğunu hesab etdim və bu üzdən əvəzetməyə əl atdım. Heç vaxt “belə etsəydik, necə olardı” kimi suallara vaxt sərf etmirəm. Təhlil edib, həmin an üçün lazım olan qərarı verirəm.
– "İnter"lə oyun barəsində nə deyə bilərsiniz? Onların "Qarabağ"la matçına baxmısınız?
– Çünki öz hazırlığımız və digər işlərimizin çoxluğu buna imkan vermir. Sabah rəqibin oyununa baxıb, təhlil edəcəyik. Bunadək isə öz oyunumuzu analiz etməliyik.
– Legioner limiti sizi çox düşündürdü?
– Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Heyəti də buna uyğun qurmalıyıq.