Milli komanda
Yığmamız Tacikistanla da bacarmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qaza…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2.
Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.
Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Xatırladaq ki, millimiz ilk oyununda İran yığmasına 0:3 hesabıyla uduzmuşdu.