Premyer-liqa
Mövsümün ilk cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk ic…
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və əvəzedicilərin çempionatının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 1-ci turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 36-cı dəqiqəsində AZAL-ın futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
Premyer Liqanın 1-ci turunun “İnter” – “Qarabağ” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 1-ci turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL-ın futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.