Premyer-liqa
"İnter" – "Qəbələ" matçının yeri niyə dəyişdirilib?
“Qəbələ” klubu Peşəkar Futbol Liqasına məktub ü…
“Qəbələ” klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Futbolinfo.az xəbər verir ki, bölgə klub 2-ci turda üz-üzə gələcəyi “İnter”in stadionunun süni örtüklü olmasını əsas gətirərək, matçın yerinin dəyişdirilməsini xahiş edib.
Buna səbəb kimi komandanın Avropa Liqasının pley-off mərhələsində “Maribor” (Sloveniya) klubu ilə hər iki görüşünün təbii örtüklü stadionda keçiriləcəyi göstərilib. “Qəbələ”nin beynəlxalq miqyaslı oyunlarını nəzərə alan PFL “İnter” klubunun razılıq məktubuna əsasən aşağıdakı qərarları qəbul edib.
1. Premyer Liqanın 2-ci turunun “Qəbələ” – “İnter” matçı 12 avqust tarixində “Dalğa Arena”da keçirilsin.
2. 1-ci dövrənin görüşünün meydan sahibi “Qəbələ”, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “İnter” təsdiq edilsin.