Premyer-liqa
"Qəbələ" "İnter"lə matçın hazırlığına start verdi
“Qəbələ” Premyer Liqanın 2-ci turunun “İnter&rd…
“Qəbələ” Premyer Liqanın 2-ci turunun “İnter”lə oyununun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, avqustun 8-də keçirilən “Kəpəz”lə 1-ci turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib.
Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini bu gün – avqustun 10-da keçirəcək.
“Qəbələ”nin “İnter”lə oyununun yeri və vaxtı da dəqiqləşib. Avqustun 12-də baş tutacaq qarşılaşmada meydan sahibi paytaxt klubu deyil, “qırmızı-qaralar” olacaq. Bu üzdən matç öncədən nəzərdə tutulduğu kimi “İnter Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”