Milli komanda
ŞOK: Qazaxlar AFFA-nı, AFFA da bizi aldadıb
Bu gün səhər AFFA-nın rəsmi saytında U-17 millimizin Rusiyan…
Bu gün səhər AFFA-nın rəsmi saytında U-17 millimizin Rusiyanın 2-cı yığmasını 12:1 hesabıyla məğlub etdiyi yazılmışdı.
Futbolinfo.az xəbər verir ki, Rusiya Futbol Federasiyası Qazaxıstanın Çimkənd şəhərində keçirilən turnirə heç bir komanda göndərmədiyini açıqlayıb. Şimal qonşumuzun "Sport Ekspress" qəzeti "1:28 hesabıyla uduzan komanda kimindi" başlığı altında araşdırma aparmağa başlayıb. Çünki "Rusiya 2" adıyla təqdim olunan komanda bu turnirdə qapısından 28 top buraxıb, yeganə qolu Azərbaycanın U-17 millisinin qapısına vurub. Qəzetin sorğusuna cavab olaraq RFF-dən rəsmən bildiriblər ki, onlar Qazaxıstandakı turnirə heç bir komandalarını göndərməyiblər.
Qazaxıstan Futbol Federasiyasının rəsmi saytında komandanın çalışdırıcısı kimi Davim Xmeledze təqdim olunur. Heyətdə isə əsasən erməni və gürcü soyadına malik futbolçular çıxış edib. Sports.kz saytında çalışan qazax həmkarlarımız ehtimal edir ki, turnirə Soçidən və ya Krasnodardan hansısa klubun yeniyetmələri gəlib, özlərini Rusiya yığması kimi təqdim ediblər.
Rusiya Futbol Federasiyası məsələylə bağlı araşdırmalara başlayıb və FİFA-ya şikayət etməyə hazırlaşır. FİFA-nın turnirin təşkilatçısı kimi KFF-yə ciddi sanksiya tətbiq edəcəyi gözlənilir. Sport7
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı