Dünya futbolu
Almaniya superkubokunu “Bavariya” qazandı – VİDEO
Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib…
Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda çempion “Bavariya” ölkə kubokunu qazanan “Borussiya” (Dortmund) ilə qarşılaşıb.
Oyun Münhen təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. Nəticədə, "Bavariya" tarixində 5-ci dəfə ölkə superkubokuna yiyələnib. Bu göstəricidə münhenlilər Dortmund "Borussiya"sına çatıblar. Hazırda bu iki klubun hərəyə 5 Almaniya superkuboku var. "Bavariya" daha 5 superkubok matçında məğlub olub. "Borussiya" isə 3-cü dəfə superkubok görüşündən məyus ayrılıb.
Almaniya superkuboku
14 avqust
“Borussiya” (Dortmund) – “Bavariya” – 0:2
Qollar: Arturo Vidal, 58 (0:1). Tomas Müller, 79 (0:2).
–