Dünya futbolu
"Barselona" "Sevilya"ya ilk oyunda qalib gəldi – VİDEO
Futbol üzrə İspaniya superkuboku uğrunda ilk oyun keçir…
Futbol üzrə İspaniya superkuboku uğrunda ilk oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, superkubok uğrunda son çempion və kubokun qalibi "Barselona" ilə kubokun finalçısı "Sevilya" mübarizə aparır. Qalib iki oyununun nəticəsinə görə müəyyənləşəcək.
İlk oyun "Sevilya"nın meydanında keçirilib. Buna baxmayaraq, "Barselona" elə səfərdəki oyunda 2:0 hesabıyla qalib gələrək demək olar ki, superkubokun taleyinə aydınlıq gətirib.
Tərəflər arasındakı cavab oyunu avqustun 18-də Kataloniyada keçiriləcək.
İspaniya superkuboku
14 avqust
"Sevilya" – "Barselona" – 0:2
Qollar: Luis Suares, 55 (0:1). Munir El Haddadi, 81 (0:2).