Milli komanda
Millimizin futbolçusu 6 aylıq sıradan çıxdı
Azərbaycan millisinin futbolçusu Uğur Pamuk üç&uu…
Azərbaycan millisinin futbolçusu Uğur Pamuk üçün 2016-cı il bitib. Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədələnməsidi.
Yay transfer dönəmində “Manisaspor”a keçərək yeni komandası ilə 2 illik müqavilə imzalayan 26 yaşlı oyunçunun məşq zamanı sol dizi dönüb. MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən futbolçunun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Həkimlər vaxt itirmədən onun müalicəsinə başlayıblar.
Yaxın günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Pamukun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var