Ölkə futbolu
Azarkeşlər meydana endi
Srağagün Azərbaycan Azarkeşlərarası Futbol Turnirinin a&cced…
Srağagün Azərbaycan Azarkeşlərarası Futbol Turnirinin açılışı baş tutub. "Sərhədçi"dəki tədbirdə bir sıra qonaqlar iştirak edib.
İlk olaraq, səhnəyə veteran futbolçular – Cahangir Həsənzadə, Mahmud Qurbanov və rejissor Cahangir Ağabalayev dəvət edilib. Qonaqlar azarkeşlərə ürək sözlərini çatdırıb, turnirin futbolun inkişafında müsbət rolunu və azarkeşlərin bir araya gəlməsinin vacibliyini vurğulayıblar. Ardınca aparıcı Erkin Zeynallı sözü müğənnilərə – Rauf Əhmədov, ardınca isə Ayaz Babayevə verib.
Bədii hisəə bitdikdən sonra turnirə start verilib. İlk olaraq, Azərbaycan dövlət himni səsləndirilib, ardınca komandalar məharətini göstərib.
İlk matçda “Baku Kartalları” ilə “Liverpool FC Azerbaijan” üz-üzə gəlib. Qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Digər görüşdə isə “Flaqman” “Khazar Bakı”nı darmadağın edib – 7:2.
Qeyd edək ki, turnirin baş sponsoru “GoSport” idman malları dükanıdı. Təşkilatı dəstək isə “GEN OFF İT” və “Dream Group” MMC şirkətlərinə məxsusdu. Turnirin media dəstəkçisi Futbolinfo.az və Alov TV-di.
Turnir davam edir.