Dünya futbolu
Olimpiadanın finalçıları bəlli oldu
Rio Olimpiadasında kişi futbolçuların mübarizəsində y…
Rio Olimpiadasında kişi futbolçuların mübarizəsində yarımfinal oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, yarımfinalda Braziliya yığması Hondurası 6:0 hesabı ilə darmadağın edərək finala yüksəlib.
Digər finalçı isə Nigeriyaya 2:0 hesabı ilə qalib gələn Almaniya millisi olub.
Qeyd edək ki, Braziliya – Almaniya final görüşü avqustun 20-də “Marakana” stadionunda keçiriləcək.
Bundan bir gün öncə baş tutacaq qadın futbolçuların final mübarizəsində isə İsveç və Almaniya yığmaları qarşılaşacaq.
Futbol, kişilər
Yarımfinal
Braziliya – Honduras – 6:0
Qollar:Neymar, 1 (1:0), Qabriel Xesus, 26 (2:0), 35 (3:0) Markinyos, 51, (4:0), Luan Viera, 79 (5:0), Neymar, 90 (6:0)
Nigeriya – Almaniya – 0:2
Qollar: Klosterman, 9 (0:1), Petersen, 89 (0:2)