Bizi izləyin

Ölkə futbolu

San-Marinoya getmək üçün… Finalçılar bəlli oldu

Meydanda qan töküldü. Meydanda “razborka” g…

blank
Meydanda qan töküldü. Meydanda “razborka” getdi. Meydanda vərəqlər paylandı. Meydanda penaltilər seriyası oldu. Meydanda əsl kişi mübarizəsi yaşandı. Meydandan qalib ayrılanlar isə… MFL “San-Marino Kuboku”nun finalçıları dünən saat 23:30-da məlum oldu.
 
İlk olaraq Bakı Olimpiya Kompleksinin süni örtüklü meydançasına “AzFar” və “Sparta Baku” komandaları çıxdı. Tərəflər ilk dəqiqələrdən amansız mübarizəyə start verdi. Sürüşmə fəndləri, hər topa baş qoyan ilk yarımfinalçılar San-Marinoya getmək uğrunda həlledici görüşdə oynamaq üçün dəridən-qabıqdan çıxdılar. İlk yarıda “Sparta Baku” daha xoş təsir bağışlayırdı. Bir neçə dəfə əla reydlərdən sonra “AzFar” yalnız bəxt hesabına qapısında qol görmədi. Elə uzaq məsafədən endirilən zərbələr də kifayət qədər təhlükəli alınırdı. Amma gah qapıçı, gah da qapı tiri torun silkələnməsinin qarşısını alırdı.
 
“Vurmayana vurarlar” deyimi özünü ilk 20 dəqiqənin sonlarında göstərdi. Sürətli əks-hücumdan sonra “AzFar” hesabda önə keçdi.
 
İkinci hissədə “spartaçılar”ın “yanacağ”ı tükəndi. Bu da təsadüfi deyil. ¼ finalda iki oyunçusunun qırmızı vərəqə alması dünənki qarşılaşmada cəmi 1 əvəzedici oyunçularının olmasını şərtləndirmişdi. Elə bunun nəticəsi idi ki, irəli atılmağa istək olsa da, “motor” dartmırdı. “AzFar” da məhz bunu gözləyirdi. Rəqib açılır, geri qayıtmağa isə taqəti yoxdu. Bir neçə kəsərli əks-hücum və qalib haqda sual gündəmdən çıxır: “AzFar” 3:0 hesablı qələbə qazanaraq, turnirin ilk finalçısı olur.
 
İtalyanların adı da bəs edir ki, “katenaçço” yada düşsün. İkinci yarımfinalçılardan biri də məhz “çəkmələr ölkəsi”nin təmsilçisinin adını daşırıdı – “Yuventus”. “Qoca sinyora”nın rəqibi isə “OlimpikStar” idi. “İtalyanlar” ilk dəqiqələrdən oyunu müdafiədən quraraq, ümidlərini əks-hücumlara bağlamışdılar. Ancaq bu da “OlimpikStar”ın hücumlarının kəsərini azaltmırdı. Aramsız hücumlar, çoxsaylı zərbələr bir-birini əvəzləyirdi. Yalnız qolkiperin inanılmaz qurtarışları “Yuve”nin qapısının torunun silkələnməsini əngəlləyirdi.
 
Fasilədən sonra da ərazi üstünlüyü “ulduzlar”ın ərəfində idi. Ancaq hiss olunurdu ki, gücləri tükənmək üzrədi. Elə hər ötən dəqiqə də əsəbləri tarıma çəkirdi. Bunun nəticəsi idi ki, oyunun ortalarında tərəflər “nələrisə bölüşdürə bilmədilər” və oyun bir neçə dəqiqəlik dayandırıldı. Məhəllə futbolunun ayrılmaz hissəsi olan “razborka” 4-5 dəqiqəyə səngidi. Təşkilatçılar aranı sakitləşdirdi və mübarizə davam etdi. Az sonra “OlimpikStar”ın oyunçusunun başı yarıldı. Özü də mövqe seçimi uğrunda mübarizə zamanı, top künc zərbəsindən oyuna daxil edilərkən.
 
Matçın son dəqiqələrində “Yuve” “dişlərini qıcımağa” başladı. Bu da yuxarıda göstərdiyimiz məqamdan qaynaqlanırdı. Oyunun böyük hissəsini hücumlarda keçirən “OlimpikStar”ın üzvləri yorulmuşdu və rəqib də bundan məharətlə yararlanmağa başlamışdı. Lakin 40 dəqiqə ərzində qapılara qol vurulmadı.
 
Əsasnaməyə görə, pley-offda əlavə vaxt olmadığından, qapılara matçsonrası penalti zərbələri təyin edildi. Bu seriyada “italyanlar” səhvə yol vermədi. “Ulduzlar” isə zərbələrin birində “yandırdılar”. Beləliklə, penalti seriyasında 5:4 qalib gələn “Yuventus” finalda “AzFar”ın rəqibi olacaq.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm