Premyer-liqa
Kərim Diniyev: "Əlimizdən gələni edəcəyik ki…"
“Kəpəz” avqustun 19-da Bakıda “İnter”ə qa…
“Kəpəz” avqustun 19-da Bakıda “İnter”ə qarşı keçirəcəyi oyunun hazırlığını paytaxtda davam etdirir. Futbolinfo.az xəbər verir ki, çempionatın ilk iki turunda qələbə qazana bilməyən “sarı-göylər” qarşıdakı oyunda azarkeşlərini sevindirmək istəyir. Klub saytına açıqlama verən Gəncə klubunun üzvü Kərim Diniyev elə bu barədə danışıb:
“AZAL-la oyundan sonra bir gün istirhət edib “İnter” ilə matçın hazırlığına başlamışıq. Ciddi məşq edirik. İlk iki turda itirilən xalların bizim üçün çox vacib olduğunu başa düşürük və bunu sığortalamaq naminə qarşıdakı görüşdə əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Çempionata arzulanan kimi başlamamışıq. Premyer Liqanın birinci turunda öz səhvlərimizdən uduzduq. İkinci matçda heç-heçə etdik. Olduqca isti havada mübarizə apardıq. Belə şəraitdə meydanda dayanmaq belə çox çətin idi. Amma bu bahənə olmamalıdır. Futbolçu istənilən havada oynamağı bacarmalıdır. Sadəcə, oyunumuz alınmadı. Hər şeyi unudub qarşıdakı oyunlara köklənmişik”.