Premyer-liqa
Tərlan Əhmədov: "Onlara iradım yoxdu"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer …
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. İlk hissənin əvvəlində həyəcan var idi. Müdafiədə səhvlərimiz məğlubuiyətimizi labüd etdi. Komandamızın oyunu var, çalışırlar. Futbolda bəzi səhvlər qazçılmazdı. Oyunçularıma iradım yoxdu. “Kəpəz”lə görüşdən sonra arxayınlıq var idi. Yəqin ki, bu da mənim səhvim idi. Çatışmazlıqları fasilə dövründə həll etməyə çalışacağıq.
– İlqar Ələkbərov 2 oyundu ki, meydana başısarıqlı çıxır. Problemi nədi?
– Onun başına tikiş qoyulmalı idi, amma özü razı olmadı. Yara hələ tam bitişməyib.
– Ötən mövsüm AZAL-ın oyununu tapması üçün 5 matç lazım idi, bu il neçə matç lazımdı ki, komandanız optimal formaya düşsün?
– 3 tura bir xal qazanmışıq. Komanda oyundan-oyuna inkişaf edir. Qarşıda daha ağır oyunlar var. Çalışacam ki, mövsüm sonunda komandamız optimal formada olsun.
– Fasilə müddətindən necə yararlanacaqsınız?
– Ayın 23-ündən məşqlərə başlayacağıq. Komandanı 3 yoxlama görüşündə sınaqdan keçirməliyik.
ELMAR ABDULLA-ZADƏ