Dünya futbolu
“39”-un sirri: taksiyə görə
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gumarayeşin 39 nömrəli forma geyməsinin səbəbi var imiş. Atası Braziliyada eyni nömrə ilə taksi srücüsü olduğundan, o da belə addım atıb.
Futbolçu deyir: “Atam komandada 39-u götürməyimi tövsiyyə etdi. Bu, bizim üçün adı saydan daha önəmlidir. Bizə sahib olduğumuz hər şeyi verən 039 nömrəli taksidə çalışdı. Evimiz, yeməyimiz, mebellərimiz, butslarım – hamısı bir taksi sayəsində oldu”.
Qeyd edək ki, Bruno onu yetişdirən atasına ötən il hədiyyə olaraq 50 min funt-sterlinqə son model “Mersedes” alıb.