Ölkə futbolu
Roman Qriqorçuk: "Bir hücumçu və yarımmüdafiəçi istəyirəm"
Azərbaycan Avropa Liqasında təmsil edən "Qəbələ" tari…
Azərbaycan Avropa Liqasında təmsil edən "Qəbələ" tarixində ardıcıl ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, Bakıda keçirilən ilk oyunda 3:1 hesabı ilə qələbə qazanan təmsilçimiz cavab matçında minimal hesabla məğlub olub.
Məğlubiyyətə baxmayaraq, qrup mərhələsinə adlayan təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib:
"Arıcıl iki il eyni ssenari üzərində çalışdıq. Yenə 4 mərhələ adlayıb, qrupa düşdük. Mənim "Qəbələ"yə böyük sevgim var. Bu iki ilin karyeramda böyük rolu var. Buna görə özümü çox xoşbəxt hiss edirəm. 65-ci dəqiqədən sonra daha diqqətli olub, fikrimizi oyuna yönəltdik. Çünki artıq hesabda geridəydik. Bundan başqa qoldan sonra azlıqda qaldıq. Bütün hisslərimi boğmağa çalışdım. Komandanın yeni transferə ehtiyacı var. "Yoxdu" desək, gülməli çıxar. Bir hücumçu və yarımmüdafiəçi istəyirəm. Çünki bizi qarşıda ciddi sınaq gözləyir".
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var